blog image

Onlayn sınaq imtahanların qazandırdıqları

whatsapp icon linkedin icon

Onlayn sınaq imtahanların bir sıra üstün cəhətləri və qazandırdığı təcrübələr vardır. Bəzi insanlar onlayn imtahanları tərəddüdlə qarşılayır və sanki güvənmirlər. Bu yazıda sizinlə bu üstünlüklərin bəzilərini bölüşəcəyik:1. Çevrə dostudurBildiyiniz kimi ənənəvi imtahanların hazırlanması üçün çoxlu sayda kağız tələb olunur. Kağızların bu qədər israf olunması ağacların azalmasına, çoxlu sayda tullantının əmələ gəlməsinə və bunun nəticəsində də təbiətə ziyan vurulmasına gətirib çıxarır. Deməli, dolayı yollarla da olsa kağıza bu qədər israf ətraf aləmə ziyan vurur. Onlayn imtahanlarda isə bu kimi problem yaşanmır. 2. Büdcəyə qənaətOnlayn imtahanların ənənəvi imtahanlara nisbətən daha sərfəli olması, imtahana getmək və qayıtmaq üçün çəkilən yol xərcinin olmaması onlayn sınaqları daha əlçatan və qənaətli edir. Buna görə də hər bir şəxsin imtahanlara daxil olması asanlaşır, bu da daha çox insanın sınaqlardan yararlanmasına gətirib çıxarır.3. Vaxta qənaətOnlayn imtahanlar büdcəyə olduğu qədər, vaxta da qənaət etməyə kömək edir. Belə ki, imtahana getmək üçün yolda sərf olunan zamana, eyni zamanda imtahan vaxtı digərlərində yaranan problemə görə uzanan vaxta qənaət edərək, həmin vaxtı istirahətə və ya yeni biliklər əldə etməyə sərf etmək olar. Eyni zamanda, nəzərə alsaq ki, bəzi bölgələrdə sınaq imtahanları verə biləcəkləri yerlər çox uzaqda, yalnız mərkəzlərdə olduğu üçün regionlarda yaşayanlar üçün bu vaxta qənaət etmək çox böyük bir şansdır.4. Psixoloji komfortNəzərə alsaq ki, hər bir insan öz komfort zonasında daha yaxşı öyrənə və öyrəndiklərini analiz edə bilir, beləliklə, imtahanlara özlərini rahat hiss etdikləri yerlərdən qoşulmaq onların bu imtahanlardan daha çox bilik əldə etməsinə kömək edir. Onlar fikirlərini daha yaxşı cəmləyə bilir ki, bu da hər imtahanda yeni məlumatlar öyrənməsinə gətirib çıxarır.5. Rahatlıq və təhlükəsizlikXüsusilə də son dövrlərdə, yəni pandemiyanın yayıldığı və artdığı vaxtlarda izdihama daxil olmaq, insanlarla yaxın təmasda olmaqdan çəkinmək lazımdır. Ənənəvi imtahanlardan fərqli olraraq, onlayn imtahanlar hər kəsə istədikləri, rahat və təhlükəsiz olduqları ortamda imtahan verməyə şərait yaratdığı üçün daha əlverişlidir.6. Yeni texnologiyaların mənimsənilməsiOnlayn təhsilə keçidlə bərabər, təhsil alan tələbə və məktəblilərin bəziləri texnologiyalar ilə yeni tanış olur, bəziləri isə artıq bildikləri proqramları daha da təkmilləşdirirlər. Bu baxımdan onlayn vasitələrdən istifadə etmək onları gələcək perspektivlərə hazırlayır və texnologiya baxımından yeni və müasir biliklər əldə etməsinə kömək edir.7. Qiymətləndirilmənin cəldliyiOnlayn imtahanlar nəticəsində artıq imtahan nəticələrini günlərlə gözləməyə ehtiyac qalmır. İmtahanı bir kliklə bitirmək və neçə suala düz, neçəsinə səhv cavab yazıldığını görmək mümkün olur. Eyni zamanda dərhal cavab kartını görmək, səhv və düzləri nəzərdən keçirmək olur. İmtahan vərəqdə olmadığı və sistemdə qaldığı üçün əvvəl edilən imtahanlar kağızda olduğu kimi itmir, korlanmır və istənilən vaxt nəzərdən keçirmək mümkün olur.8. ƏlçatanlıqHər bir bölgədən imtahana qoşulmaq istəyənlərin olduğunu nəzərə alarasaq, onlayn imtahanlara hətta ucqar bölgələrdə belə qoşulmağın mümkünlüyü hər bir şəxsin təhsil almasına kömək edir və şərait yaradır. Hər kəs istədiyi yerdən onlayn sınağa qoşula, özünü sınaya və digər yaşıdlarından geri qalmaya bilər.9. Statistik təhlilStatistik nöqteyi-nəzərdən edilən bütün imtahanlar və onların nəticələri saxlanıla və istənilən zaman nəzərdən keçirilə bilər. Bu statistikaları nəzarətdə saxlamaqla da hər kəsin öz proqressini və zəifliklərini görməsi mümkün olur.Beləliklə, onlayn sınaq imtahanlardan düzgün şəkildə istifadə təhsildə yeniliklər və eyni zamanda çox böyük nailiyyətlər qazandıra bilər.

Digər bloqlar